“Festival ölkəmizin
turizm potensialının
tanıdılmasına təkan
verir”
Bakıda III Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir
İyunun 1-də Nizami Kino Mərkəzində
III Bakı Beynəlxalq
Turizm Filmləri Festivalının başlanması
münasibətilə mətbuat
konfransı keçirildi.
Mətbuat konfransında festivalın
münsifləri - Azər
Qərib, Yusif Şeyxov, Ayaz Salayev (Azərbaycan), Edrien Florian (Macarıstan), İnna Demejko (Rusiya) və Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin
(CIFFT) direktoru Aleksandr
Kammel iştirak edirdi.
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin
Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov çıxış
edərək bildirdi ki, festivalın əsas məqsədi turizmin müxtəlif sahələrinə həsr
olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran işlərinin müəlliflərini həvəsləndirməkdir.
Münsiflər heyətinin rəhbəri Azər Qərib qeyd etdi ki,
festivalın seçim
komissiyasına 71 ölkədən
420 ekran əsəri təqdim olunub. Komissiya tərəfindən
28 ölkədən 78 film müsabiqə
proqramına daxil edilib. Seçilən
filmlər 5 kateqoriya üzrə yarışacaq:
“İlk festivalda Azərbaycan turizmini təbliğ edən ekran əsərlərinin azlığından gileylənirdik.
İndi nəinki yerli rejissorlar, hətta xaricilər də Azərbaycan turizmini təbliğ edən ekran əsərləri çəkərək festivala
təqdim edir”.
Turizm Filmləri
Festivalları Beynəlxalq
Komitəsinin direktoru Aleksandr Kammel bildirdi ki, festival müxtəlif ölkələrdən
rejissorların bir araya gətirilməsi və təcrübə mübadiləsi üçün
də mühüm imkanlar açır.
Jurnalistlərin suallarını cavablandıran
münsiflər heyətinin
üzvləri festivalın
böyük perspektivləri
olduğunu vurğuladılar. Bildirdilər ki, təqdim olunan filmlərin bədiiliyi, rejissor işi və turizm baxımından informasiyalılığı qiymətləndiriləcək.
Sonra III Beynəlxalq
Turizm Filmləri Festivalının rəsmi
açılış mərasimi
keçirildi. Öncə əvvəlki iki
festivalın yaddaqalan məqamlarını əks
etdirən videoçarx
nümayiş olundu.
Mərasimdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev festivalın artıq ənənəyə
çevrildiyini bildirdi:
“Bakıda keçirilən
Beynəlxalq Turizm Filmləri Festivalına böyük maraq var. Bunu festivala qatılmaq üçün
təqdim olunan filmlərin sayı da sübut edir.
Hələ 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin xətti ilə turizm filmlərinə həsr olunmuş festivalın keçirilməsinə təşəbbüs
göstərildi. Həmin
festival Azərbaycanda turizm
filmlərinin çəkilməsinə
müəyyən təkan
verdi. Bu gün isə Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə üçüncü
beynəlxalq festivalı
keçiririk”.
Azərbaycanda turizm sənayesinin
inkişaf etdiyini diqqətə çatdıran
nazir qeyd etdi ki, əldə
olunan nəticələr
ölkə Prezidentinin
bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir: “Bu festival ölkəmizin
turizm potensialının
daha geniş coğrafiyada tanıdılmasına
təkan verir. Ölkəmizin turizm imkanları
bütün vasitələrdən
istifadə edilməklə
təbliğ olunur.
Bu gün dünyanın
müxtəlif ölkələrində
yayımlanan televiziya kanallarında, beynəlxalq
sərgilərdə, tədbirlərdə
Azərbaycanın turizm
potensialı geniş təbliğ edilir”.
Əbülfəs Qarayev onu da bildirdi ki,
ölkəmizdə turizm
xidmətlərinin səviyyəsi,
müxtəlif turizm növləri iqtisadiyyatımızın
pioritet istiqaməti kimi inkişaf edir: “Son illər ölkəmizdə turizm sənayesi böyük inkişaf yolu keçib. Bu istiqamətdə
atılan addımlar davam etməkdədir.
Bu il ölkəmizə
gələn turistlərin
sayında artım müşahidə olunur. Biz ölkəmizdə mədəniyyət və
turizm sahələrinin
vəhdət halında
inkişafına xüsusi
önəm veririk.
Ölkəmizin turizm potensialının
kino vasitəsilə təbliğatı vacib məsələlərdən biridir”.
Festivalın işinə uğurlar arzulayan nazir beynəlxalq tədbirin ölkəmizdə turizmin
inkişafına müsbət
təsir göstərəcəyinə
əminliyini bildirdi.
Sonra səhnəyə
III Bakı Beynəlxalq
Turizm Filmləri Festivalının münsiflər
heyəti dəvət
olundu. Festivalın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən Endre Florian belə tədbirlərin ölkələrin
və xalqların bir-birini daha yaxından tanımasına
xidmət etdiyini vurğuladı.
Daha sonra III
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində
“Ölkə, region, şəhər”
mövzusunda qısametrajlı
filmlər nümayiş
olundu.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
il gerçəkləşən
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində
fəaliyyət göstərən
Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivala 5 kateqoriya üzrə (ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları) filmlər təqdim olunub. Hər kateqoriya üzrə I-III yerləri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, diplom və pul mükafatlarına layiq görüləcək. Festivalın ən yaxşı filminə isə “Qran pri” təqdim olunacaq. Yerli filmlər eyni zamanda Milli Mükafat uğrunda da mübarizə aparırlar. Festivala iyunun 3-də yekun vurulacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.3.