Xalq rəssamı Baba Əliyevin yubiley sərgisi

 

 

İyunun 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı Milli İncəsənət Muzeyində Xalq rəssamı Baba Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçiriləcək.

Sərgidə rəssamın Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı ailə kolleksiyasında qorunan əl işləri də nümayiş etdiriləcək.

Baba Əliyevin sənətə gəlişi ötən əsrin 40-cı illərinə - Böyük Vətən müharibəsi dövrünə təsadüf edir. Müharibə mövzusu rəssamın yaradıcılığında da əksini tapıb. Müharibədən sonrakı illərdə rəssam sadə zəhmət adamlarının bədii ümumiləşdirilmiş obrazlarının yaradılması istiqamətində böyük zəhmət sərf edib. OnunYeni növbə”, “Neftçilərin istirahəti” kimi məşhur əsərləri bu qəbildəndir. Baba Əliyev bir sıra portretlərin də müəllifidir. Sərgi iyunun 11-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.3.