Naxçıvanda “İstedadlı uşaqlar” festivalı
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “İstedadlı uşaqlar” adlı festival keçirilib.
Muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, əlamətdar gün münasibətilə uşaqları təbrik edib.
Bildirilib ki, hazırda muxtar respublika əhalisinin 35,8 faizini uşaqlar təşkil edir, onlar dövlət qayğısı ilə əhatə olunublar. Son 20 ildə məktəbəqədər, məktəbdənkənar müəssisələr, tam orta məktəb, musiqi məktəbləri üçün 200-dən çox yeni bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar respublika Ali Məclisi sədrinin fərmanı ilə “Gənc istedadların “Qızıl kitabı”na 6 nəfər istedadlı uşağın adının salınması və onlara xüsusi təqaüdlərin verilməsi də bu qayğının daha bir təzahürüdür.
Festivalda istedadlı uşaqların hazırladıqları əl işlərindən və uşaq ədəbiyyatından ibarət sərgi, eləcə də uşaq məhsulları istehsal edən sahibkarların məhsullarının sərgi-satışı təşkil olunub.
Festivalda təhsil üzrə
20, idman üzrə 13, incəsənət
üzrə 50, dekorativ-tətbiqi sənət üzrə 9 uşaq kollektivi iştirak edib. Bu nominasiyalarda ilin ən yaxşı 15 istedadlı
uşağı və 5 istedadlı uşaq
kollektivi müəyyənləşdirilib.
Festival iştirakçılarına təşkilatçılar
tərəfindən diplom və hədiyyələr
təqdim olunub.
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.5