Dövlət Uşaq Filarmoniyasından daha bir konsert proqramı
İyunun 1-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar
Teatrının səhnəsində
Beynəlxalq Uşaqları
Müdafiə Gününə
həsr olunmuş konsert təqdim etdi.
Tədbiri Uşaq Filarmoniyasının
nəzdində fəaliyyət
göstərən musiqili
uşaq teatrının
baş rejissoru Elşad Rəhimzadə açaraq iştirakçıları
salamladı. Qeyd etdi ki, əlamətdar gün münasibətilə şəhərimizin
müxtəlif konsert salonlarında, teartlarında
uşaqlar üçün
tədbirlər təşkil
olunur. Azərbaycan Dövlət Uşaq
Filarmoniyasının təşkil
etdiyi konsert də bu qəbildəndir.
Sonra səhnə balaca ifaçılara verildi.
Konsert proqramı
“Yol rəqsi” ilə açıldı. Uşaq xor
kapellasının ifasında
Ü.Hacıbəylinin “Arşın
mal alan” musiqili komediyasından “Qızların
xoru”, “Azərbaycan maralı”, “Şuşanın
dağları” mahnıları
ifa olundu.
Uşaq
Filarmoniyasının rəqs
ansamblı “Brilliantı”,
“Çobanı”, ”İgidlər”,
“Qaval” rəqslərini,
habelə hind, moldovan,
alman, özbək rəqslərini ifa etdi.
Filarmoniyanın kamera ansamblının
təqdimatında D.Şostakoviçin
“Vals”, A.Piatsollanın
“Tanqo” və s. musiqi nömrələri tamaşaçıların zövqünü
oxşadı.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.6.