Prezident təqaüdçüləri
Gəncədə çıxış ediblər
Bu gün musiqi sahəsində xüsusi istedadı olan gənclərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülürlər, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır.
Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq respublikanın bölgələrində onların konsertlərini təşkil edir.
Gəncə şəhərinin “2016-cı il Avropa gənclər
paytaxtı” seçilməsi ilə əlaqədar nazirliyin təşkilatçılığı
ilə 30 may tarixində Gəncədə
Prezident təqaüdçülərinin konserti keçirilib.
Konsertdə yerli və xarici
bəstəkarların əsərləri, həmçinin milli musiqimizdən nümunələr səsləndirilib.
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.6