“Bugünün
qönçələri, sabahın çiçəkləri”
İyunun 1-də Azərbaycan Xalça Muzeyi Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Bugünün qönçələri, sabahın çiçəkləri” adlı tədbir təşkil edib.
Əvvəlcə qonaqlar azyaşlı balaların əl işlərindən ibarət sərgiyə baxıblar.
Xalça Muzeyinin
Uşaq muzeyi
şöbəsinin müdiri Azər Abdullayev çıxış edərək
dövlətimizin uşaqlara və gənclərə
göstərdiyi qayğıdan söz
açıb. Sonra tədbir balaca istedadlı ifaçıların
repertuarında konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.8