Ramiz Fətəliyev “Xalq artisti” adına və “Şöhrət” ordeninə layiq görülüb

 

 

Prezident İlham Əliyev iyunun 6-da kinorejissor, ssenarist Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. R.Fətəliyev kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri ada layiq görülüb.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.2.