Gənc musiqiçilərimiz Moskvada festivala qatılıblar

 

 

Rusiya paytaxtında XIII beynəlxalqMoskva dostları qarşılayırfestivalı keçirilir. Festivalda ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Qəmərtac Maqsudova (qanun) Canel Nəcəfli (skripka) təmsil edirlər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu festivalın iştirakçılarına təşkilatçılarına təbrik məktubu göndərib. Məktubda qeyd edilir ki, bu festival istedadlı gəncləri yaxınlaşdırır.Əminəm ki, bu görüş xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın mehriban qonşuluğun parlaq rəmzi olacaq”, - deyə məktubda vurğulanır.

Festivalın proqramında konsertlərdən əlavə, ustad dərsləri və sərgilər də nəzərdə tutulub. İştirakçılara musiqi alətləri hədiyyə ediləcək.

 

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.2.