Qəbələdə yeni filmlər nümayiş olunur

 

İyunun 5-dən Qəbələ Mədəniyyət Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin nümayişi başlanıb.

Bölgəyə gələn turistlərin asudə vaxtlarının səmərəli təşkili və yeni çəkilmiş Azərbaycan filmlərinin təbliği məqsədi daşıyan layihə üzrə “Dərs” və “Vəkil hanı?” bədii filmləri nümayiş olunur.

Məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, həyata baxışlarından bəhs edən “Dərs” bədii filmi 2015-ci ildə tamaşaçılara təqdim edilib. Filmin ssenari müəllifləri Elza AğayevaAnastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyevdir.

Rejissor Ülviyyə Könülün “Vəkil hanı?” bədii filmi komediya janrında çəkilib. Ssenari müəllifləri Elza AğayevaRamiz Fətəliyevdir, operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Naina İbrahimova və başqaları çəkiliblər.

Qeyd edək ki, filmlərin nümayişi iyulun 5-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.4.