Uşaq musiqi məktəbinin
hesabat konserti
İyunun
3-də “Kapelhaus”da Kövkəb
Səfərəliyeva adına 16 nömrəli
uşaq musiqi məktəbi şagirdlərinin
ənənəvi hesabat
konserti keçirildi. Tədbir 28 May - Respublika Günü və 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə
Gününə həsr
edilmişdi.
Konsert rəngarəng
proqramla yanaşı,
ifa olunan musiqi alətlərinin müxtəlifliyi ilə də diqqət çəkirdi. Məktəbin nəzdində yeni yaradılan “İncilər”
vokal ansamblının
çıxışı ilə
başlayan konsertdə
ilk olaraq “Sarı gəlin” və “Gül açdı” xalq mahnıları təqdim olundu.
Hər məktəbin
özünəməxsus repertuarı
və ifaçılıq
texnikasının olması
bu konsertdə də nəzərə çarpırdı. Belə ki, milli musiqi alətlərimizlə
yanaşı, skripka, fleyta, truba və
gitarada ifa edənlər də bu alətlərin səciyyəvi xüsusiyyətlərini
dinləyicilərə çatdırmağa
nail oldular.
Şagirdlərdən Dilruba Əlizadə (kamança),
Nurcan Həmidli (skripka), Səyyarə Əliyeva (fleyta), Xalid Heybətov (truba), Emil Naqornı
(fortepiano), Ayat Baxşıyev
(tar) və digərlərinin
çıxışları maraqla qarşılandı.
Azərbaycan və Avropa
bəstəkarlarının əsərlərindən ibarət
konsert proqramı daha bir tədris
ilinin uğurla yekunlaşdığından xəbər
verirdi.
Sonda məktəbin
direktoru Fikrət Budaqov tədbirə qatılan hər kəsə təşəkkürünü
bildirdi, müəllim
kollektivini və şagirdləri uğurlu çıxış münasibətilə
təbrik etdi.
Hesabat konsertində
Mədəniyyət və
Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
rəhbər şəxsləri,
paytaxtın musiqi məktəblərinin direktorları
iştirak edirdi.
Lalə
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.5.