Sabir Rüstəmxanlının 70
illiyinə həsr edilmiş tədbir
Bir əsrin
yetmiş ilini arxada qoydu. Bu illərə acılı-şirinli
həyat tarixçələri
sığdırdı. Yazıb-yaratdı. Onun şeirləri ilə
neçə-neçə gənc
ilk sevdanı daddı.
Hər yazısı milli ruha, mənəvi dəyərlərə həsr
olundu.
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzində Xalq
şairi Sabir Rüstəmxanlının 70 illiyinə
həsr edilmiş yubiley tədbirində də bu sözlər
dilə gəldi. Tədbirin aparıcısı
mərkəzin İnformasiya-kommunikasiya
və elmi-təminat şöbəsinin müdiri
Rəfiqə Nəsirova
idi.
Mərkəzin direktoru Ramazan Şabanovun
açılış nitqindən sonra
yubilyarın həyat və yaradıcılığı barədə
çıxışlar oldu. Tədbirə Xalq artisti Nurəddin Mehdixanlı, Akademik
Milli Dram
Teatrının aktyoru Mətləb Abdullayev, muğam
müsabiqəsinin qalibi Nisbət Sədrayeva
qatılmışdı. Xalq şairinin nurundan pay alan aktyorlar
Orxan və Hikmət Ağaxanoğlunun
tar və kamançada
müşayiəti ilə iştirakçılara doyumsuz poeziya dəqiqələri
yaşatdılar.
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.6.