“İnformasiya hamı üçün”
UNESCO Proqramının Hökumətlərarası
Şurasının sessiyası
30-31 may tarixində UNESCO-nun Parisdəki mənzil-qərargahında “İnformasiya hamı üçün” Proqramının Hökumətlərarası Şurasının IX sessiyası keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak edib.
Sessiyada Şuranın 28 üzv dövləti təmsil olunub. Hökumətlərarası Şuranın tərkibinə daxil olmayan 19 dövlətin nümayəndəsi, habelə müşahidəçi qismində 17 dövlətin nümayəndəsi də sessiyaya qatılıb.
İclasda qeyd olunub ki, proqram əsasən UNESCO üçün prioritet təşkil edən 4 əsas prinsipin həyata keçirilməsi əsasında qurulub. Bildirilib ki, gənclərin radikallaşması ilə ciddi mübarizə aparılmalı, gənclərlə birbaşa ünsiyyət qurulmalıdır. İnternet məkanında radikallaşma da qlobal problemə çevrilib. Bu baxımdan ümumbəşəri dəyərlərə, gənclərin təhsil səviyyəsinin artırılmasına önəm verilməlidir. Sessiyada kibercinayətkarlıqla mübarizəyə xüsusi diqqət ayrılıb.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq hər il təşkil olunan sessiyada Avropanın qabaqcıl ölkələrinin iştirakı ilə müxtəlif istiqamətlərdə əldə olunmuş yeniliklər müzakirə olunur, təcrübə mübadiləsi aparılır.
1 dekabr 2010-cu
il tarixdə təsis edilmiş
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında “İnformasiya
hamı üçün”
Proqramının Azərbaycan Komitəsi tərəfindən
ölkəmizin kitabxana-informasiya, habelə
tarixi-mədəni irsinin təbliği sahəsində
bir sıra tədbirlər həyata keçirilib.
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.6.