Rusiya saytı Azərbaycanın turizm imkanları haqqında

 

 

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olanTour A Vent” şirkətinin təbliğat işləri nəticəsində “vashdosug.ru” saytında ölkəmizin turizm imkanlarından bəhs edən məqalə dərc edilib.

Müəllif Lyudmila Burkina “Azərbaycan - qədim tayfalar, halvaneft” başlıqlı yazısına bu fikirlə başlayır: “Bakı gözəl şəhərdir, amma burada başqa gəzməli məkanlar da var ki, siz ora mütləq ayrıca səyahət etməlisiniz”.

Məqalədə vurğulanır ki, Azərbaycanın turizm imkanlarının tanıdılmasına burada təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərin də təsiri var. Ölkənin zəruri infrastrukturu: möhtəşəmliyi ilə diqqət çəkən hava limanı, magistral yollar, təmiz, baxımlı və xiyabanlarla zəngin paytaxt qonaqları qəbul etməyə hazırdır.

Məqalədə daha sonra deyilir, Bakı turistlər üçün memarlıq abidələri, yeni tikililəri, qonaqpərvərliyi ilə maraqlı şəhərdir və burada turistlər istədikləri əyləncəni tapmaq imkanına malikdirlər, amma Xəzərin sahilində çimərlik turizmindən yararlanmaq üçün mütləq Abşeron yarımadasının şimal sahilində yerləşən Bilgəh qəsəbəsinə baş çəkməyi unutmayın. Hələ sovet dövründən məşhur olan sağlamlıq kurortu, bu günJumeirah” şəbəkəsinə daxil olan dəbdəbəli hotel də turistlərin diqqətin çəkir. Buranın interyeri ən nüfuzlu Dubay standartları səviyyəsindədir. Dünyada ən hündür çilçırağı siz məhz burada görə bilərsiniz.

Məqalədə daha sonra Qobustan Milli Tarixi-Bədii Qoruğu haqqında dolğun məlumat verilir. Qobustana səyahət zamanı qayaüstü rəsmlər, qayalarburadan görünən dağların möhtəşəm mənzərəsi bədii ifadələrlə təsvir edilir.

Məqalənin sonunda müəllif oxuculara Azərbaycana səyahət zamanı təkcə paytaxt Bakını deyil, ətraf qəsəbə və bölgələrə səyahəti də tövsiyə edir.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.8.