Dərbənddə Azərbaycan və
Dağıstan alimlərinin görüşü
Birgə layihə əsasında “Dərbənd
xalçaçılığı: mədəniyyətlərin
müştərək tarixi” kitabı ərsəyə
gəlib
İyunun 3-də Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib. Görüşdə AMEA, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya EA Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri müzakirə edilib.
Layihənin rəhbəri və təşəbbüskarı, “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradov çıxış edərək tədbir iştirakçılarını görülən işlər, aparılan ekspedisiya-çöl tədqiqatları haqqında məlumatlandırıb. Diqqətə çatdırılıb ki, layihənin nəticələri “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” («Derbentskoe kovrotkaçestvo: soistoriə kulğtur») kitabında əksini tapıb. Kitaba Dərbəndin xalçaçılıq ənənələrindən bəhs edən materiallarla yanaşı, bu qədim şəhərin tarixinə, etno-mədəni mühitinə, burada inkişaf etmiş ayrı-ayrı sənət sahələrinə dair maraqlı oçerklər, arxiv materialları, fotoşəkillər də daxil edilib. Layihə çərçivəsində Rusiyanın müxtəlif muzeylərində qorunan Dərbənd xalçaları da tədqiqata cəlb olunub.
Dağıstan Elmi
Mərkəzi Tarix, Arxeologiya
və Etnoqrafiya İnstitutunun
direktoru tarix elmləri
namizədi Mahaç Musayev,
tarix elmləri doktorları Camal Mustafayev, Məhəmmədxan
Məhəmmədxanov, Nazim Məhəmmədov,
filologiya elmləri doktoru
Tehran Alışanlı, Dərbənd
Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli
İbrahimov və digərləri öz çıxışlarında layihəni
Azərbaycan və Dağıstan alimlərinin ilk
birgə nailiyyəti kimi yüksək dəyərləndiriblər.
Görüşdə “Dərbənd
xalçaçılığı: mədəniyyətlərin
müştərək tarixi”
kitabının siqnal
buraxılışına dair rəy və
təkliflər də səsləndirilib.
Mədəniyyət.- 2016.- 8 iyun.-
S.12.