Gənc rəssamın ilk fərdi sərgisi

 

 

İyunun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisinin açılışı olub.

Təsviri sənətin əsasən rəngkarlıq və qrafika sahələrinə aid olan yaradıcılıq nümunələri rəssamın dünyaya özünəməxsus baxışını əks etdirir. Ekspozisiyada yer alan 50-dək əsər müxtəlif mövzulara həsr olunub. “Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik”, “Yeddi günbəz” məzarlığı”, “Gün batarkən”, “Tənha ağac”, “Bakı gecələri” əsərləri rəssamın mənəvi dünyasını ifadə edir.

Bildirək ki, R.Məmmədov Xəzər TV-nin Proqramlar departamentinin rəhbəridir. Sərgi iyunun 11-dək davam edəcək.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 8 iyun.- S.16.