Gənc rejissorun filmi beynəlxalq festivalda
Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas”
bədii filmi 18-25 avqust tarixində Moskvada keçiriləcək
“Esperanza” beynəlxalq film festivalının
əsas müsabiqə
proqramında nümayiş
etdiriləcək.
2014-cü ildə Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin süjet xətti sovet dövründə Ağdam şəhərində
yaşayan azərbaycanlı
ailənin başına
gələn müəmmalı
hadisədən bəhs
edir.
Ekran əsərinin ssenari müəllifi Ayşad
Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev,
rəssamı Şahin Həsənli,
icraçı prodüseri Vüsal
Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları
Elşən Rüstəmov, Tofiq
Əliyev, Nargilə Qəribova və digərləri
canlandırıblar.
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.4.