Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olunub

 

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir AMEA-nın, “Azərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzinin (AME), Təhsil, Mədəniyyət Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə milli dövlətçilik azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan Milli Ensiklopediyanın inkişaf tarixindən söz açıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşıb, kadr potensialı gücləndirilib. Milli Ensiklopediyanın inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını vurğulayan A.Əlizadə Prezident İlham ƏliyevinAzərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzinin yaradılması ensiklopediyanın nəşri ilə bağlı müvafiq sərəncamlarını xatırladıb. Qeyd edilib ki, bu sərəncamlar əsasında Elmi Mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi istiqamətində mühüm addımlar atılıb.

TədbirdəAzərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq NağıyevEnsiklopediya maarifçilikmövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycanda müasir ensiklopediya işinin əsası 1965-ci ildə qoyulub, “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqındaqərarla həmin ilin dekabrında Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyası yaradılıb. Sovet dövründə 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası nəşr olunub.

Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamlara əsasən Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verilib, “Azərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzi yaradılıb. Vurğulanıb ki, Elmi Mərkəzin qarşısına dünya standartlarına cavab verən mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulub. Arxiv materiallarından da istifadə etməklə, respublikanın tanınmış ziyalıları, elm, sənət adamları, mütəxəssisləri bu işə cəlb olunub. Müəllif heyəti Elmi Mərkəzin kollektivinin gərgin əməyi sayəsində ilk nəşr - “Azərbaycanxüsusi cildi 2007-ci ildə Almaniyada yüksək poliqrafik keyfiyyətdə çap olunaraq elmi ictimaiyyətə təqdim edilib. Həmin nəşr 2012-ci ildə rus dilində çapdan çıxıb.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Milli Ensiklopediyası böyük rol oynamalıdır. Vurğulanıb ki, bu gün nəşr edilən ensiklopediyalar təmənnasız olaraq kitabxanalara paylanılır. Xaricdən ensiklopediya ilə tanış olmağın mümkünlüyündən söz açan Ə.Qarayev bu baxımdan internet üzərindən ensiklopediyaya girişin vacibliyini vurğulayıb. Nazir müasir dövrümüzdə milli ensiklopediyanın formalaşmasında azərbaycanlı alimlərin əməyini yüksək dəyərləndirib, Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov özündə maarifçilik ənənələri daşıyan ensiklopediyaların nəşrlərinin bütün təhsil müəssisələrinə paylanıldığını söyləyib. Nazir müasir dövrdə ensiklopediyanın digər dillərə tərcümə edilməsinin zəruriliyini vurğulayıb, kollektivə uğurlar arzulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, akademiklər Abel Məhərrəmov, Teymur Kərimli, Elmi Mərkəzin texnika, neft, mədən işləri, informatika, elektronika redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının ölkəmizin müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar.

Sonda Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın fəxri fərmanları təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.5.