Yeniyetmə pianoçu beynəlxalq müsabiqədə iki diplom qazanıb

 

 

G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin IV sinif şagirdi Nuray Əliyeva İtaliyanın Vietri Sul Mare şəhərində gənc pianoçuların “Vietri Sul Mare - Costa Amalfitana” XVI Beynəlxalq müsabiqəsində uğurla iştirak edib. Müsabiqədə birinci (11 yaşadək) və ikinci (12-14 yaş) yaş qrupları üzrə iştirak edən yeniyetmə ifaçı Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.

Müsabiqənin nəticəsinə görə Nuray Əliyeva hər iki yaş qrupu üzrə I dərəcəli diploma layiq görülərək, laureat adını qazanıb. O, qala-konsertdə V.Mustafazadənin “Mart” əsərini ifa edib.

Qeyd edək ki, Nuray Əliyevanın müəllimi professor Siala Sinamdzqvarişvilidir.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.7.