Los-Ancelesdə Azərbaycan kulinariyası
üzrə ustad dərsi
ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan kulinariyası üzrə ilk dəfə ustad dərsi keçirilib. Tədbir “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyuranın dəstəyi və iştirakı ilə “196Flavors” dünya kulinariya bloqunun yaradıcısı Maykl Benayun tərəfindən təşkil olunub.
Ustad dərsi
Los-Ancelesin Santa-Monika rayonunda
“Stage + Table” təşkilatının binasında keçirilib. İnteraktiv
ustad dərsinin iştirakçıları Azərbaycanın
milli mətbəxi ilə tanış olub, “yalançı dolma”, “döşəmə
plov”, paxlava və şərbət kimi ənənəvi Azərbaycan yeməklərinin
hazırlanması qaydalarını
praktikada öyrəniblər.
Praktiki məşğələdə
tətbiq edilmiş bütün reseptlər
AZcookbook.com bloqundan və
Fəridə Buyuranın
“Nar və zəfəran:
Azərbaycana kulinariya
səyahəti” kitabından
götürülüb.
Fəridə Buyuranın “Nar
və zəfəran: Azərbaycana kulinariya səyahəti” (“Pomegranates
and Saffron: A Culinary Journey
to Azerbaijan”) kitabı
2014-cü və 2015-ci illərdə iki dəfə
nəşr edilib. Azərbaycan
mətbəxinə aid ingilis
dilində geniş əhatəli ilk nəşr olan kitabda oxuculara 200 növ qəlyanaltı və salat,
müxtəlif şorbalar, xəmir xörəkləri,
ət, tərəvəz və yumurta ilə
hazırlanan yeməklər, müxtəlif çörək
növləri, plov, sərinləşdirici
içkilər və desertlər üçün
reseptlər təklif olunur. Fəridə
Buyuranın AZcookbook.com bloqundan seçmə
reseptlərə, Azərbaycan mədəniyyəti barədə
hekayələrə, Azərbaycan mətbəxi və
qonaqlıq süfrəsi ilə bağlı atalar
sözlərinə geniş yer ayrılması kitaba xüsusi kolorit verir.
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.8.