Turizm filmləri ilə dünya turu

 

 

Xəbər verdiyimiz kimi, paytaxtımız iyunun 1-dən 3-dək III Beynəlxalq Turizm Filmləri Festivalına ev sahibliyi etdi. Festivalın müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilmişdi. Filmlər ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm digər turizm növləri TV məhsulları (filmlər, videoçarxlar) kimi 5 kateqoriya üzrə təqdim olunmuşdu. Festivalda izlədiyimiz bir neçə film haqqında söz açmaq istərdik.

 

“Dubrovnik zaman

 

Xorvatiyalı rejissor Herve TirmarşeninÖlkə, region, şəhərnominasiyasında təqdim etdiyi “Dubrovnik zamanfilmində zaman, insan məkan amili bir-biri ilə qarşılaşdırılır. Film bir zaman keçididir. Biz zamanı dərk edirik yaşadığımız təcrübədən asılı olaraq onu müxtəlif şəkildə xatırlayırıq. Dubrovnikdə vaxt eyni sürətlə hərəkət etmir, bu özünü müxtəlif vəziyyətlərdə büruzə verir. Məsələn, uşaq həyəcanında ya gənc cütlüyün dəniz sahilində nahar etməsində. Səmada uçan quşların gözü ilə baxanda isə burada zaman dayanmış görünür.

Qeyd edək ki, bu film festivalın baş mükafatına layiq görülüb.

 

Koşic bölgəsi - ilham al”

 

Slovakiyalı rejissor Robert Revark festivalaKoşic bölgəsi - ilham al” filmi ilə qatılmışdı. Koşic sülh xeyirxah insanların əhatəsində olan bir bölgədir. Altıncı hissinin arxasınca gedib gizli, lakin canlı, kiçik, sakit dramatik ilham mənbəyi olan bir məkana - Koşicə çıxmaq olar. Cəmi 2 dəqiqədən ibarət olan filmdə Koşic əzəmətli təbiət mənzərələri, tarixi abidələrlə zəngin nadir yerlərdən biri kimi təqdim olunur.

 

Gürcüstanda qış

 

Gürcü rejissor Beqa JquburiaGürcüstanda qışfilmində ölkəsinin qış turizmi məkanlarını, Kaxetiyanın təbiəti, memarlığı istirahət mərkəzləri, dəniz sahilində yerləşən Batumi, buranın ardı-arası kəsilməyən əyləncə məkanları, eləcə Tiflisin küçələrini, memarlıq abidələrini əks etdirib. Personajlar təsvirlər xüsusi ovqat yaradır, kadrarxası səs bu ölkənin niyə sevildiyindən danışır, musiqi isə gürcü ruhunun təbiətini açıqlayır. Film “Ölkə, region, şəhərnominasiyasında ikinci yerə sahib oldu.

 

Festivalda Azərbaycan filmləri

 

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalında ölkəmizdən 14 film iştirak edirdi.

Festivalın milli mükafatını qazanan rejissor Rüfət Kərimzadənin 2 dəqiqəlikYurdumfilmində ölkəmizin möhtəşəm mədəni tarixi irsinin təqdimatı ilə yanaşı, sürətli inkişafı müasirləşməsindən bəhs olunur.

Mariya İbrahimovanın 8 dəqiqəlikAzərbaycan incəsənəti sənətkarlığıfilmində ölkəmizin əsrlər boyu öz xalçaları ilə məşhur olması müasir çağımızda bu sənətin inkişaf etdirilməsi, zərgərlik sənətinin tarixi indiki durumu, Şəki şəhərinə səyahət, burada mövcud olan ipəkçilik, şəbəkə sənəti, təkəlduz Lahıcın misgərlik sənəti filmdə əksini tapıb.

FestivaldaAzərbaycan 2015”, “Azərbaycan şalı - kəlağayı”, “Azərbaycan mətbəxi: dadsonrası dad”, “Lahıc”, “Bakı 2015”, “Tarixə həkk olunmuş qonaqpərvərlik”, “Biz Azərbaycandayıq”, “Azərbaycan təbiəti quş uçuşu hündürlüyündən”, “Azərbaycanda turizm”, “Vulkanın nəfəsi”, “Rixos Quba AzərbaycanTurist albomuadlı filmlərimiz yer almışdı.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 10 iyun.- S.9.