Mədəniyyət evinin yaradıcılıq hesabatı

 

 

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət mərkəzində şəhər Mədəniyyət evinin hesabat konserti keçirilib. Konsertdə mədəniyyət evinin “Zəminxarə” ansamblının çıxışı, aşıq Səbinə Gədəbəylinin ifasında saz havaları, solistlərin xalq və bəstəkar mahnıları alqışlarla qarşılanıb. Elşad Məmmədovun nümayiş etdirdiyi illüziya nömrələri, özfəaliyyət kollektivi üzvlərinin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından parça (Əlipaşa Paşayev və Tünzalə Məmmədovanın ifasında), “Veteranxorunun Kamil Ağazadə ilə dueti də tamaşaçıların marağına səbəb olub.

Sonda tədbir iştirakçıları rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.11.