“Erməni zindanında səkkiz gün”
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayon Mərkəzi mədəniyyət evində Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının növbəti təqdimatı baş tutub.
Kitab gənc yaşında
müharibənin - erməni terrorunun
amansız qəddarlıqlarının canlı şahidi olan, 1992-ci ilin 26 fevralında Xocalı faciəsində əsir
düşmüş müəllifin
ağrılı-acılı xatirələridir. Türk dilinə də çevrilən
kitabın (tərcüməçi - fəlsəfə elmləri
doktoru Mais Əlizadə)
yaxın gələcəkdə rus, ingilis və fransız dillərinə də tərcümə
olunması nəzərdə tutulur.
Mədəniyyət.- 2016.- 10 iyun.-
S.13.