Qəbələdə sağlamlıq imkanları məhdud uşaqların satış-sərgisi

 

 

Qəbələ Mədəniyyət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayondakı Uşaq və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə əl işləri sərgisi təşkil edilib.

Sərgidə sağlamlıq imkanları məhdud olan uşaqların və könüllülərin 87 rəsm əsəri, 52 müxtəlif əl işi nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri sərgi ilə tanış olublar. Sonra sağlamlıq imkanları məhdud olan uşaqlara maddi kömək göstərilməsi məqsədilə əl işlərinin satışı təşkil edilib.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.15.