Avropa Şurası Mədəniyyət, irslandşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclası

 

 

Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irslandşaft məsələləri üzrə Rəhbər Komitəsinin 5-ci iclası keçirilir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

 

İclasda Avropa Şurasının müvafiq sahələr üzrə konvensiyalarının icrası, 2017-2018-ci illərə dair proqram nəzərdən keçirilib, habelə növbəti iclasadək Rəhbər Komitənin sədri və büro üzvləri seçilib. Azərbaycanın öncəki illərdə bu büroya iki dəfə seçildiyi nəzərə alınaraq, nümayəndə heyəti büroya regiondan Gürcüstanın namizədliyini təklif edib.

İclas zamanı həmçinin Avropa mədəni marşrutlarına dair təqdimat keçirilib, Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təqdim olunan tövsiyələr və mədəni irsin qeyri-qanuni dövriyyəsinə dair hazırlanacaq yeni konvensiya müzakirə olunub. Azərbaycan tərəfi çıxış edərək, qeyd olunan konvensiyanı dəstəklədiyini bildirib.

Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə də iclasda mühüm yer ayrılıb. Xatırladaq ki, “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı” 2014-cü ildə Bakıda keçirilib. Bununla bağlı Rəhbər Komitə Azərbaycan hökumətinə təşəkkür edibüçüncü platforma görüşünün bu il sentyabr ayında Estoniyanın Tallinn şəhərində təşkil olunacağı bildirilib. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilibson bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub.

Azərbaycan nümayəndə heyəti Belçikanın Valloniya bölgəsinin mədəni irs üzrə naziri Maksim Prevo, Avropa Şurasının demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani və digərləri ilə görüşlər keçirib.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.3.