Andorrada Nizaminin əsərlərinin əlyazmaları sərgilənib

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Andorra Knyazlığında keçirilən VIII ali səviyyəli toplantısı çərçivəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 875-ci ildönümünə həsr edilən sərgi açılıb. Sərgidə böyük mütəfəkkirin əsərlərinin əlyazmaları nümayiş etdirilib.

Tədbirdə İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin çıxış edərək şairin yaradıcılığına nəzər salıb, onun dünyaca məşhur əsərlərinin zəngin xəzinə olduğunu diqqətə çatdırıb, Nizaminin “Xəmsə”sinə daxil olan əsərlər haqqında qonaqlara məlumat verib.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.3.