"Cəngi" estrada-folklor ansamblı Qazaxıstanda çıxış edib
Xəbər verildiyi kimi, 1-7 iyun tarixində Qazaxıstan paytaxtında
“Astana axşamları” beynəlxalq
musiqi festivalı keçirilib. Festivalda ölkəmizi Əməkdar
artist Mircavad Cəfərovun
rəhbərliyi ilə
“Cəngi” estrada-folklor
ansamblı təmsil edib.
Səfərdən döndükdən sonra təəssüratlarını qəzetimizlə bölüşən
M.Cavadov bildirdi ki, "Cəngi" ansamblı "Japan Tobacco International" (JTI)
şirkətinin Azərbaycandakı
nümayəndəliyinin dəstəyi
və Qazaxıstanın
“Deqdar" fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında
festivalda iştirak edib. Builki festivala ABŞ, Almaniya,
Rusiya, Belarus, Qazaxıstan
və digər ölkələrdən musiqiçilər
qatılıblar.
Ansamblın rəhbərinin sözlərinə
görə, ötən
il festivalın
təşkilatçıları Azərbaycanda səfərdə
olub, etno-caz kollektivlərinin çıxışlarını
izləyiblər və
“Cəngi”nin iştirakı
məqsədəuyğun hesab
edilib: “Biz festivalın
bağlanış gecəsində
çıxış etdik.
Konsertdə Qazaxıstanın “Magic of nomads”
etno-caz qrupu da bizimlə eyni səhnəni bölüşürdü. Hər iki kollektiv qarşılıqlı
olaraq Azərbaycan və qazax musiqisindən
bir nümunəni interpretasiya etdi. Qazaxların
“Yapurayi” və bizim “Ay bala gəlin” mahnımızın
(musiqisi Şahin Əbdülkərimovun, sözləri
Molla Cümənindir)
sintezi çox maraqlı alındı”.
Həmsöhbətim ifalarının
maraqla qarşılandığını
deyir: “Ölkəmizi uğurla təmsil etdik. Kollektivimiz festivala məsuliyyət
və böyük həvəslə hazırlaşmışdı.
Repertuarımızda yeni versiyada
və aranjimanda olan əksər musiqiləri ifa etdik”.
Mircavad müəllim festivalda iştiraka görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə
və “Cəngi” qrupunun milli geyimlərini təşkil
etdiyinə görə
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Gülnarə Xəlilovaya təşəkkürünü
bildirdi.
Qeyd edək ki, Qazaxıstan
səfərində “Cəngi”nin
solisti Arzu Həsənli, Prezident təqaüdçüsü Mircavid
Cəfərov, əməkdar
artistlər Ruslan Hüseynov (bas-gitara), Kamran Kərimov (nağara), İsgəndər
Ələsgərov (zərb
alətləri), Coşğun
Sadiqov (balaban), Lütfiyar Əliyev (saksafon), Tural Qasımlı və Vasif Hüseynli (piano) Azərbaycan caz musiqisi ənənələrini
qazax dinləyicilərin
diqqətinə çatdırıblar.
Konserti Qazaxıstanın mədəniyyət
xadimləri, bu ölkədəki səfirliyimizin
nümayəndələri və
diaspor təşkilatlarının
təmsilçiləri də
izləyiblər.
Lalə
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.4.