Daha bir musiqi məktəbinin yekun konserti

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində hesabat konserti təqdim edib.

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Vüqar Zeynalov məktəbin direktoru Gülnarə Səfərova şagirdləri tədris ilinin bitməsi münasibətilə təbrik edərək onlara yaradıcılıqda yeni uğurlar arzulayıblar. Məktəbin direktoru qeyd edib ki, şagirdlər respublika beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Sonra şagirdlərə idarənin xüsusi diplomları təqdim edilib.

Konsert proqramı məktəbin xor kollektivinin (bədii rəhbər - Leyla Zalıyeva, konsertmeyster - Nərgiz Əliyeva) ifasında R.HacıyevinYaz gəldiəsəri ilə başlanıb. Sonra beynəlxalq respublika müsabiqələrinin laureatları Mehin Zalıyeva, Zümrüd Əlizadə, Xanımana Məmmədzadə, Zərqələm Mehdiyeva, Fidan Muxtarova, Ayla Həsənova, Leyla Fərəcova, Rza Xosrovzadə, Natavan Dinikayeva, Ayan Aslanova, Murad İbrahimov Ayan Məmmədli, həmçinin Fidan Hüseynova, Cahan Məhərrəmova, Mirəli Verdiyev, Aygün Hüseynova, Məryəm Qurbanzadə skripkaçılar ansamblı (rəhbər - Ofeliya Dexniya) öz ustalıqlarını nümayiş etdiriblər. F.Şubertin, A.Şopenin, F.Əmirovun, S.Rüstəmovun, T.Quliyevin əsərləri, muğamlar ifa olunub.

Konsert xor kollektivinin ifasında M.Maqomayevin “Azərbaycan” əsəri ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.4.