Kino sənətində keçən
illər
Qrim rəssamının 65 illik yubileyi qeyd olunub
İyunun 13-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ömrünün 47 ilini kinomuza xidmətdə keçirən, istedadlı qrim rəssamı, Əməkdar mədəniyyət işçisi Elbrus Vahidovun anadan olmasının 65 illik yubileyi qeyd olunub.
Kinostudiyadan bildirilib ki, tədbirdə sənətkarın keçdiyi həyat yolundan və kino sənətində xidmətlərindən danışılıb. Qeyd olunub ki, Xalq artisti Adil İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaratdığı kinoaktyorluq kurslarında təhsil alan E.Vahidov aktyor kimi tanınıb, 50-dək filmdə müxtəlif xarakterli obrazlar yaradıb.
O, “Tütək səsi”, “Ad günü”, “Xoşbəxtlik qayğıları”, “Yeddi oğul istərəm”, “Yaramaz”, “Təhminə”, “Özgə vaxt”, “Yalan”, “Otel otağı”, “Sübhün səfiri” və s. filmlərin ərsəyə gəlməsinə qrim rəssamı kimi dəyərli töhfəsini verib. Onun işi ən tələbkar kinorejissorlar tərəfindən həmişə yüksək qiymətləndirilib.
Yubilyar sonda
tədbir iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.6.