Tacikistanda Azərbaycan filmləri festivalı keçirilib
Tacikistanın paytaxtı Düşənbədə
Azərbaycan filmləri
festivalı keçirilib.
Festival paytaxtdakı Kino evində Azərbaycan rejissorları Elxan Cəfərovun “Yarımçıq
xatirələr” bədii
filmi ilə açılıb. Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
çəkilmiş “Yarımçıq
xatirələr” filmi
1941-ci ildə Brest qalasını
faşistlərdən qəhrəmancasına
qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni
işğalçılarından müdafiə etməyə
qalxmış bir əsgərin taleyindən
bəhs edir.
Sonra “Vəkil
hanı?”, “Səyyah” filmləri, həmçinin
animasiya və sənədli filmlər göstərilib.
Azərbaycan filmlərinin təqdimatı
Düşənbənin “Cavonon”, “Zebuniso” kinoteatrları və “Tacikfilm”
kinostudiyasında təşkil olunub.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.6.