Turizm və Menecment
Universitetində görüşlər
Azərbaycan
Turizm və Menecment Universitetində Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) Bakıdakı nümayəndəliyinin
rəhbəri xanım Sonya Fonteyn və təşkilatın
ölkəmizdə səfərdə olan bir qrup eksperti ilə
görüş keçirilib.
Universitetin
rektoru, professor Cəfər Cəfərov Azərbaycanda turizm
sektoru, inkişaf istiqamətləri, turizm sahəsində həyata
keçirilən elmi araşdırmaların nəticələri
haqqında qonaqlara məlumat verib. Eyni zamanda universitet və
GİZ tərəfindən müştərək həyata
keçirilən layihələr, gələcək əməkdaşlıq
imkanları müzakirə edilib.
* * *
Azərbaycan
Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər
Cəfərov İsveçrənin ölkəmizdəki səfiri
Filip Ştadler ilə görüşüb.
Görüşdə
Azərbaycan və İsveçrədə turizmin müasir vəziyyəti
və inkişaf istiqamətlərinə dair fikir mübadiləsi
aparılıb.
Universitetin
fəaliyyət strategiyasından danışan rektor
İsveçrənin turizm üzrə yüksəkixtisaslı
kadr hazırlayan nüfuzlu universitetləri və müvafiq təşkilatları
ilə əməkdaşlığın əhəmiyyətini
diqqətə çatdırıb.
Səfir Filip Ştadler tədris ocağına
gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.9.