Lənkəranda turizm işçiləri üçün treninqlər başa çatıb

 

 

Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı ilə regionlarda fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti təlim kursları Lənkəranda gerçəkləşib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində cənub bölgəsində çalışan turizm işçiləri üçün təşkil edilmiş təlimlər səkkiz gün davam edib. Türkiyədən gəlmiş mütəxəssislərin apardığı treninqlərin sonunda iştirakçılara sertifikatlar verilib.

Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizdə turizm potensialının genişləndirilməsi bu sahədə çalışanların təcrübəsinin artırılmasını tələb edir. Xarici turist axınının güclənməsi nəzərə alınaraq xüsusilə bölgələrdəki istirahət mərkəzlərində, mehmanxana və hotellərdə xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranır.

Türkiyəli turizm mütəxəssisi Cazi Özdemir treninqlərin həm praktiki, həm də nəzəri şəkildə keçirildiyini bildirib: “Buradakı turizm obyektlərində çalışanlar üçün faydalı olacaq təcrübələrimizi paylaşdıq. Onlar da gələcəkdə bu təlimdə öyrəndiklərini zamanı tətbiq edəcəklər. Fikrimcə, yaxşı nəticə əldə olunacaq”.

Qeyd edək ki, treninqlərə Lənkəran, AstaraLerik rayonlarının turizm istirahət mərkəzlərinin 100 nəfər işçisi qatılıb. Təlimlər dörd sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadimə işimasa xidməti ixtisasları üzrə keçirilib.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.9