“Asiman”ın yubileyində dostların görüşü

 

 

İyunun 11-də Heydər Əliyev Sarayında “Asiman” rəqs qrupunun 20 illik yubileyinə həsr edilmiş “Dostlar asimanda görüşür” adlı folklor rəqs kollektivlərinin konserti keçirilib. Konsertdə Azərbaycan, Rusiya, İran və Gürcüstanın tanınmış rəqs kollektivləri çıxış ediblər.

Bildirilib ki, 4 yaşından 25 yaşınadək uşaq, yeniyetmə və gəncləri özündə birləşdirən “Asimankollektivi 20 illik fəaliyyəti dövründə qədim və müasir Azərbaycan folklor rəqslərini layiqincə tanıdıb. Kollektiv rəqslərimizi Türkiyə, İran, Gürcüstan, İtaliya, İspaniya - ümumilikdə 20-dən çox ölkədə təbliğ edib, 2014-cü ildə Bolqarıstanda keçirilən rəqs müsabiqəsində “Qızıl Orfey” mükafatına layiq görülüb. Heydər Əliyev Sarayında qrupun 10-dan çox solo konserti olub. Yubiley konsertində “Asiman” (Azərbaycan), “Kameliya” (Rusiya), “Suvar” (Dağıstan) və “Bolneli”, “Qurdjaan” (Gürcüstan) rəqs kollektivlərinin ifasında təqdim olunan folklor (etnik) rəqslər və rəngarəng çıxışlar maraqla qarşılanıb.

Konsertdə Rusiyanı təmsil edən azyaşlı ifaçı Səbinə Məmmədovanın çıxışı da alqışlara səbəb olub.

KonsertAsiman” rəqs kollektivinin “Mənim Azərbaycanım” kompozisiyası ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.11.