“Torpaq və insan”
Sumqayıtda Əşrəf Heybətovun yubileyi münasibətilə sərgi
Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm İdarəsi ilə birgə Əməkdar rəssam Əşrəf Heybətovun 65 illik yubileyi münasibətilə sərgi keçirib.
“Torpaq və insan” adlı fərdi sərgidə rəssamın 50-dək rəsm əsəri, eləcə də indiyədək keçirilmiş sərgilərin afişaları, bu sərgilər haqqında qəzet materialları nümayiş olunub.
Tədbiri Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açaraq yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana, Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Tahir Mirkişili, şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Xalq şairi Sabir Rüstəmxanlı, xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafov, Əməkdar rəssam Vaqif Nəzirli və digər çıxış edənlər Əşrəf Heybətov haqqında xatirələrini və ürək sözlərini bölüşüb, xoş arzularını çatdırıblar.
Tədbirdə Sumqayıt şəhər Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin skripka sinfinin şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib.
Qeyd edək ki,
Əməkdar rəssam Əşrəf Heybətov UNESCO-nun Beynəlxalq Rəssamlar
Federasiyasının üzvüdür.
Hazırda Almaniyada yaşayan
rəssam “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir.
Əsərləri xarici ölkələrin
şəxsi kolleksiya və
qalereyalarında saxlanılır. Rəssam 2006-cı ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə dünya azərbaycanlılarının
həmrəyliyi sahəsində fəaliyyətinə görə
“Tərəqqi” medalı ilə təltif olunub.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.13