Azərbaycan aliminin kitabı Londonda çap olunub
Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru,
Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının
müdiri, filologiya üzrə elmlər doktoru Fəxrəddin Veysəllinin “Fonetika və fonologiya problemləri” kitabı Londonda işıq üzü görüb. 258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis
Devid Perri yazıb.
Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında,
eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı geniş bilgi verilib. Bu, Azərbaycan dilçiliyi tarixində
ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov
tərcümə edib.
Kitabın xaricdə birinci
nəşri 2008-ci ildə
Türkiyədə işıq
üzü görüb.
Bundan başqa,
F.Veysəllinin rusca “Pismo”
(“Yazı”) kitabı çapdan
çıxıb. Qazaxıstandakı Türkologiya Akademiyası “Qloballaşma
şəraitində türk məkanı:
siyasi-iqtisadi və sosial-mədəni
proseslər” proqramı çərçivəsində dilçi alim F.Veysəlli
həmin akademiya ilə
bağladığı müqaviləyə əsasən “Azərbaycan
əlifbasının tədqiqinin linqvistik
əsasları” adlı araşdırma həyata keçirib. Kitabın redaktorları
Qazaxıstan EA-nın əməkdaşı, professor
Əlimxan Cunusbəy və Bakı Slavyan Universitetinin professoru Atamoğlan Həsənovdur.
Mədəniyyət.- 2016.- 15 iyun.-
S.15.