“Azərbaycanın “Formula
1” ailəsinə daxil olmasından məmnunuq”
Bu yarış ölkəmizə daha çox turistin gəlməsi üçün
yaxşı imkandır
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 16-da “Formula One Management”in
prezidenti Berni Ekklstounu qəbul edib.
“Formula
One Management”in prezidenti
Berni Ekklstoun “Formula 1”
yarışının Bakıda
yüksək səviyyədə
təşkil olunduğunu
bildirib. O, Bakıda gördüyü inkişaf
proseslərinin onda dərin təəssürat
yaratdığını deyib.
Berni Ekklstoun
bu tədbirin Bakıda keçirilməsinin
Azərbaycanda gedən
inkişaf prosesləri
ilə bağlı məlumatların dünyada
yayılması işinə
xidmət edəcəyini
vurğulayıb. Qonaq Azərbaycanın “Formula 1” ailəsinə daxil olmasından məmnun qaldığını deyib.
Beynəlxalq tədbirlərin təşkili
baxımından ölkəmizin
yaxşı təcrübəyə
malik olduğunu deyən Prezident İlham Əliyev “Formula
1” yarışının keçirilməsi
üçün paytaxtın
artıq hazır olduğunu bildirib.
Dövlət başçısı yarım
milyardlıq auditoriyası
ilə maraq doğuran və dünyanın məşhur
idman yarışlarından
olan “Formula 1”in keçirilməsi
münasibətilə əhali
arasında yüksək
əhval-ruhiyyənin olduğunu
vurğulayıb.
Prezident bildirib ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən dövlətimizin başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib. “Formula 1” yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizə daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insana təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində də gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident “Formula 1” yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.
Görüşdə əməkdaşlığa
dair məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.2.