Formula 1” şəhərciyində əyləncə adrenalin

 

 

Dənizkənarı Milli Parkdakı “Formula 1” şəhərciyi qonaqları qəbul etməyə başlayıb. Yerli xarici qonaqların vaxtının maraqlı keçməsi üçün burada bütün işlərBakı Şəhər HalqasıƏməliyyat Şirkəti tərəfindən yüksək peşəkarlıqla görülüb.

 

Qədim zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. Şəhərcikdə ölkəmizin mədəniyyətini mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.

İyunun 17-də axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Şənbə günü axşam dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias həyəcan dolu konsert proqramı ilə səhnədə yer alacaq. İyunun 19-da axşam isə yarış başa çatarkən dünyanın ən tanınmış ulduzlarından Farel Vilyams əsas səhnədə yer alaraq möhtəşəm musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vuracaq.

Yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatacaqlar. Səyyar proqramaGüzgü adam”, aktyor Spandi Andi, “Ağacayaq”, “Küçə rəssamları”, “Titan robot” və ənənəvi Azərbaycan rəqsləri daxildir.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.2.