“Bakı
şəhər halqası
ən son standartlara uyğundur”
Bakı şəhər halqası
digər şəhər
treklərindən fərqlənir. Bu tras digər şəhər trekləri
ilə müqayisə
olunmazdır.
Bu sözləri “Formula 1” Avropa Qran-prisinin Bakı treki layihəsinin müəllifi
Herman Tilke deyib.
Almaniyalı mütəxəssis bildirib
ki, trekin birinci döngəsi çox mürəkkəbdir. Düz xətt
boyunca 2 kilometr hərəkət edən bolidlərin sürəti saatda 340 kilometrə çatacaq. Bu sürətlə kəskin
döngəyə girmək
çətindir. Trekin İçərişəhər
hissəsi - Qoşa qala qapı meydanı istiqamətində
bolidlər ensiz yol ilə qalxacaqlar.
Trekin bu hissəsi də unikaldır. Ensiz trek boyu bolidlərin hərəkəti
mürəkkəb olacaq.
Daha sonra bolidlər Azneft meydanına doğru hərəkət
edib Dənizkənarı
Milli Park boyunca maksimum sürətə çatacaqlar.
Bakı şəhər halqasına oxşar digər ikinci trekin olmadığını bildirən Herman Tilke deyib:
“Bakı şəhər treki Beynəlxalq
Avtomobil Federasiyasının ən son texniki-təhlükəsizlik
standartlarına uyğun olaraq
təhvil veriləcək. Bu standartlar beynəlxalq təhlükəsizlik
qaydalarına tam cavab verir”.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.3.