“Leyli və Məcnun”
Gənc Tamaşaçılar Teatrının səhnəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımovdur.
Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı
Həmid Kazımzadə olan yeni səhnə əsərində rolları əməkdar
artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova,
Nicat Kazimov, Nofəl Vəliyev,
Elşən Rüstəmov, aktyorlar Rəzzaq
Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov,
Mehriban Hüseynova və
başqaları ifa edəcəklər. İlk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə
əsərinin premyerasının növbəti teatr mövsümünün
əvvəllərində təqdim olunması nəzərdə
tutulub.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.4.