Azərbaycan filmləri Polşada festivalda mükafata layiq görülüb
İyunun 9-dan 11-dək
Polşanın Lublin şəhərində
dünyanın ən böyük turistik, ekoloji və incəsənət filmlərinin
festivalı olan XI Beynəlxalq Film Festivalı
keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən
bildiriblər ki,
festival ənənəvi olaraq
beynəlxalq konfransla müşayiət olunub. Yeddi ölkənin
nümayəndələrinin qatıldığı konfransda
turistik və ekoloji filmlərə həsr olunmuş mövzularla yanaşı,
digər sahələrin
təbliğatına aid mövzular
da müzakirə olunub.
Festival və konfransda tanınmış azərbaycanlı
teleaparıcı, tarixçi
Fuad Axundov, Bakı Media Mərkəzinin
nümayəndəsi Rüfət
Kərimzadə, səfirliyin
nümayəndələri iştirak
ediblər.
Dünya və Avropa ölkələrinin incəsənət
xadimlərini, film yaradıcılarını,
alimlərini və müxtəlif təşkilatlarının
nümayəndələrini bir araya gətirən
konfrans və festival təcrübə mübadiləsi
üçün çox
önəmli bir platformaya çevrilib.
Tədbir çərçivəsində həmçinin XI Beynəlxalq Film Festivalının təşkilatçılarının təşəbbüsü və səfirliyin dəstəyi ilə “Polşalı memarlar Bakıda” adlı sərgi də təşkil olunub. Sərgi iyunun sonuna qədər Lublin Mədəniyyət mərkəzində davam edəcək.
Daha sonra
festivalın qala-tədbiri keçirilib və
qaliblərə mükafatlar təqdim edilib. Polşa dəyərlərinin dünyada
təbliğinə verdiyi töhfəyə
və “Polşalı memarlar Bakıda”
adlı uğurlu təqdimatına görə
Fuad Axundov “Turist 2016”, mədəni turizm
kateqoriyasında ən yaxşı təbliğedici film kimi Bakı Media Mərkəzinin təqdim etdiyi
“Azərbaycan ruhunu hiss
et” filmi mükafat və diploma,
maarifləndirici filmlər kateqoriyasında isə “Yaddaş” studiyasının
hazırladığı “Azərbaycan mətbəxi:
ağız dadı” filmi xüsusi
mükafata layiq görülüb.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.5.