Gənclərimiz Almaniyada
mədəniyyət festivalına qatılıblar
Azərbaycanlı gənclər Almaniyanın Magdeburq şəhərində 26 ölkə gənclərinin iştirak etdiyi “Mədəniyyətlərin festivalı-2016” tədbirinə qatılıblar.
Festivalda ölkəmizi təmsil edən “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, tədbirdə Almaniyada təhsil alan və işləyən xarici ölkə gəncləri iştirak edib.
Festivalda Azərbaycanla bağlı stend və fotoguşə nümayiş olunub. Gənclər çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın Berlindəki səfirliyi tərəfindən təqdim olunan maarifləndirici broşür və kitabçaları tədbir iştirakçılarına paylayıblar. Azərbaycanın stendinə baş çəkən iştirakçılar ölkəmizin çay və milli şirniyyatlarına qonaq ediliblər.
Qeyd edək ki, Ə.Atakişiyevlə
yanaşı daha 4 azərbaycanlı gənc
hazırda Almaniya İqtisadi
Əməkdaşlıq və İnkişaf
Nazirliyi, Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi
ilə Otto Van Guericke Magdeburq Universitetində
“Beynəlxalq liderlik proqramı” çərçivəsində
peşə təhsilinin menecmenti
üzrə təhsil alırlar.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.5.