Uşaq kitab karvanı” “Folklor paytaxtı”nda sona çatıb

 

 

Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə növbətiUşaq kitab karvanılayihəsini respublikamızın şimal bölgəsində gerçəkləşdirib. Multikulturalizm ili”nə həsr olunan layihəyə iyunun 14-də Qusar rayonunda yekun vurulub.

 

Qusar şəhər N.Nərimanov adına istirahət parkında təşkil olunmuş tədbiri rayon Mərkəzi kitabxanasının direktoru Zahir Mustafayev açaraq layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlər uşaq ədəbiyyatına marağı yüksəltməklə uşaqları mütaliəyə cəlb etməkdə böyük rol oynayır. Mədəniyyət Turizm NazirliyininXalq yaradıcılığı paytaxtlarıproqramı çərçivəsində 2016-cı ildəAzərbaycanın folklor paytaxtıelan olunan Qusar rayonunda bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaq. Uşaq kitab karvanıda belə tədbirlərdən biridir.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışındaAzərbaycanın Folklor Paytaxtı - Qusaradlı tövsiyə biblioqrafiyasının elektron məlumat bazasının hazırlanmasından, bu sahədə müfəssəl məlumatların toplanmasından söhbət açıb. Bildirib ki, kitabxanamızın ölkəşünaslıq şöbəsinin öz təşəbbüsü ilə həyata keçirilib gələcəkdə bu məlumatlardan virtual oxucular istifadə edəcək.

Bayram tədbirində uşaqlar tədbirdə sevimli yazıçıları ilə görüşüblər. Şən musiqi sədaları altında keçən tədbirdə onlar şeirlər söyləyib, mahnılar ifa ediblər. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış olublar. Orta yaş qrupu oxucularlaSənin intellektin - oxuduğun kitablardır”, kiçik yaşlılarla isəƏn yaxşı nağıl bilicisimüsabiqələri keçirilib.

Sonda Respublika Uşaq Kitabxanası tərəfindən Qusar Mərkəzi kitabxanasına kitab bağlamaları hədiyyə olunub.

 

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.5.