“İsmi Pünhan” işıq üzü
görüb
Azərbaycan Aşıqlar Birliyinin hazırladığı nəşr - saz-söz ustadı Molla Cumanın “İsmi Pünhan” şeirlər kitabı oxucuların ixtiyarına verilib.
Qurumun katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, ustad sənətkarın 160 illik yubileyi münasibətilə hazırlanan kitabda Molla Cuma sənətinin ecazkarlığını əks etdirən aşıq şeiri örnəkləri yer alıb. Kitabın tərtibçiləri Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və Molla Cumanın nəticəsi Elman Əzizov, redaktoru isə Yeganə Məmmədovadır.
AMEA-nın müxbir üzvü, Milli Məclisin
deputatı Yaqub Mahmudov
kitaba yazdığı “Ön
söz”də ustad aşığı istiqlal şəhidi adlandıraraq
vurğulayıb: “Molla Cuma
sadəcə saz çalan,
söz qoşan, dastan söyləyən, məclis əhlini əyləndirən
aşıqlardan deyildi. O, ərəb, fars, türk dillərini
mükəmməl bilən, özündən sonra
xalqına əlyazmaları halında qiymətli ədəbi irs qoyub gedən şairlərimizdəndir”.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.6.