“Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları” müzakirə olunub
İyunun 16-da Lənkərandakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı müzakirə edilib.
Konfransda İcra Hakimiyyətinin məsul işçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon mədəniyyət və turizm şöbələrinin nümayəndələri iştirak ediblər.
Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətindən, respublikamızda multikultural ənənələrin daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov akademik Kamal Abdullanın elmi redaktoru olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının bədii məziyyətlərindən danışıb. Qeyd edib ki, kitabda sovet dövrünə qədər Azərbaycanın şifahi və yazılı ədəbiyyatında multikulturalizmlə bağlı ədəbi-bədii qaynaqlar toplanıb. Xalqın mənəvi sərvəti olan bu dəyərlər ölkəmizin cənub bölgəsində də yüksək səviyyədə qorunub saxlanılır.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin əməkdaşı Rəşad İlyasov çıxışında bildirib ki, Azərbaycanda
dövlət siyasətinə çevrilən multikulturalizm
iki əsas prinsip - multikultural vətəndaşlıq və konstitusional vətəndaşlıq prinsipləri
əsasında qurulub. Konstitusional
vətəndaşlıq multikultural vətəndaşlığı
hüquqi cəhətdən tənzimləyir.
O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
təşəbbüsü ilə multikulturalizmin
bir fənn kimi ölkə
daxilində 26 universitetdə magistratura səviyyəsində
tədris olunduğunu diqqətə
çatdırıb. Qeyd edib
ki, multikulturalizm dünyada miqrasiya ilə
formalaşdığı halda, Azərbaycanda
bu dəyərlər tarixi
köklərə malikdir.
Mədəniyyət.- 2016.- 17 iyun.-
S.6.