Rusiyada yaşayan azərbaycanlı rəssamın Muzey Mərkəzində sərgisi

 

 

İyulun 5-də Rusiyada yaşayan tanınmış rəssam Bayram Salamovun Bakıda Muzey Mərkəzində fərdi sərgisi açılacaq. Muzey Mərkəzindən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi iyulun 9-dək davam edəcək.

Bayram Salamov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya) digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib.

Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir sıra mükafatlara layiq görülüb. O, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiyaBöyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.16.