Turizm üzrəEtika mükafatıtəsis edilib

 

 

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) Dünya Turizm Etika Komitəsi qurumunEtika mükafatı” təsis edib.

Təşkilatın saytında yer alan məlumata görə, mükafat Turizmin Qlobal Etika Kodeksinə riayət etməklə daha məsuliyyətli davamlı sahibkarlıq fəaliyyəti göstərən şirkətlərə təqdim olunacaq. Kodeksi imzalamış 64 ölkədən 463 şirkət müəssisə bu sənədə riayət olunması onun prinsiplərinin yayılması öhdəliyini götürüb.

Mükafata namizədliyi irəli sürülən şirkətlər beş sahədə, o cümlədən korporativ idarəçilik biznes etikası, yerlərinin keyfiyyəti, sosial ədalət insan hüquqları, cəmiyyətin rifahı ekoloji davamlılıq sahələrindən ən azı ikisində öz fəaliyyətlərinin uzunmüddətli xarakterə malik olmasını müsbət təsirini sübut etməlidir.

Birinci mükafatın laureatları 2017-ci il yanvarın 18-də İspaniyanın paytaxtı Madriddə DTT-nin IFEMA/FITUR beynəlxalq turizm sərgisinin birgə təşkilatçılığı ilə keçirəcəyi mərasimdə elan ediləcək. Mükafat üçün namizədliyi sentyabrın 30-dək irəli sürmək olar.

Xatırladaq ki, Azərbaycan Turizmin Qlobal Etika Kodeksinə 2014-cü ildə qoşulub.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.3.