Lənkəranda rəsm qalereyalarının
əməkdaşları üçün
təlim
Lənkərandakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarında yerləşən dövlət rəsm qalereyalarının əməkdaşları üçün treninq keçirilib.
İştirakçılara Azərbaycan və dünya incəsənət tarixi, incəsənət əsərinin bərpa məsələləri, ekspozisiya və sərginin təşkili, kompüter və internet resurslarından istifadə, qalereya idarəetməsinin əsasları mövzularında təlim keçiblər.
Treninqi nazirliyin İncəsənət
şöbəsinin Təsviri və dekorativ
sənət sektorunun müdiri
Qalib Qasımov, Azərbaycan Milli İncəsənət Muzeyinin
baş bərpaçı rəssamı,
Əməkdar rəssam Natiq Səfərov,
AMEA-nın əməkdaşı Ayaz Məmmədov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
müəllimi Samir Sadıqov, Azərbaycan
Dövlət Rəsm Qalereyasının mütəxəssisi Nərgiz
Əsgərova aparıblar.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.2.