İstirahət mərkəzində səyyar
kitabxana xidməti
Yay mövsümü ilə əlaqədar ecazkar gözəlliklər diyarı olan Qəbələ rayonunda turistlər və yerli sakinlərin istirahətini daha maraqlı etmək üçün müxtəlif tədbirlər təşkil olunur.
“Qəbələnd” istirahət və əyləncə mərkəzində təbiətin qoynunda qonaqlara göstərilən səyyar kitabxana xidməti də bu qəbildəndir. Tədbirin məqsədi istirahətə gələnləri müxtəlif nəşrlərlə tanış etmək, həmçinin kitabxanalara daha çox oxucu cəlb etməkdir.
Xidmət zamanı tariximiz, mədəni irsimiz
haqqında nəşrlər və bədii ədəbiyyat olmaqla 300-dən çox kitab nümayiş olunur. İstirahət və əyləncə
mərkəzinin qonaqlarına Azərbaycan ədəbiyyatı
ilə yanaşı, xarici ədəbiyyat
nümunələri və uşaq ədəbiyyatı
təqdim olunur.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.7.