“Bəsləsən
atlas olar tut yarpağından”
Qax rayonunun
Qum kəndində tut festivalının
keçirilməsi ənənəyə
çevrilməkdədir. Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı
ilə ikinci dəfə keçirilən
“Bəsləsən atlas olar
tut yarpağından” adlı
festivalda əsasən
tutdan hazırlanan mətbəx nümunələri
və məhsullar nümayiş olunub.
Festival tut ağacından meyvənin yığılması
ilə başlanıb. Sonra iştirakçılar tutdan
müxtəlif mətbəx
nümunələrinin, o cümlədən
bəkməz, irçal
və şirniyyatların,
habelə tutlu plovun hazırlanması prosesi ilə əyani şəkildə
tanış olublar. Rayonun ayrı-ayrı kənd
mədəniyyət müəssisələri
tərəfindən təqdim
edilən tutdan hazırlanmış geniş
çeşiddə təamlar
tədbir iştirakçıları
tərəfindən maraqla
qarşılanıb.
Tədbir çərçivəsində xalq tətbiqi sənət nümunələrindən
ibarət sərgi də nümayiş etdirilib. Rayon Mədəniyyət
mərkəzinin “Arzu” xalq
kollektivinin təqdim etdiyi
musiqi çələngi festival
iştirakçılarında xoş ovqat yaradıb.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.7.