Aşıq Kərəm İncəliyə həsr edilmiş kitab işıq üzü görüb

 

 

Azərbaycan Aşıqlar Birliyinin nəşrləri seriyasından daha bir kitab çapdan çıxıb. “Çağla, telli sazım, çağla” adlı kitabda XX əsr ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri aşıq Kərəm İncəlinin (Nəsibovun) şeirləri və ona ithaf olunmuş şeirlər toplanıb.

Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitabın məsləhətçisi qurumun sədri, professor Məhərrəm Qasımlı, tərtibçisi şair Rəfail İncəyurd, rəssamı Məmməd Dəmirçioğludur. Şair Barat Vüsal kitaba “O zirvə dərədə bir aşıq vardı...” adlı “ön söz” yazıb.

Aşıq Kərəm İncəli 1945-ci ildə Qazax rayonunda anadan olub. Ustad aşıq Kamandar Əfəndiyevdən sənətin sirlərini mükəmməl öyrənib. El məclislərində, festivallarda çıxış edib, aşıqların IV qurultayının iştirakçısı olub. 1995-ci ildə dünyasını dəyişib.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.14.