“Gördüyüm mənzərəni
sözlə təsəvvür edə bilmirəm”
Fransalı turistin
Xınalıq təəssüratı
Xınalıq füsunkar, qeyri-adi bir yerdir. Burada gördüyüm mənzərəni sözlə təsəvvür edə bilmirəm. Ətrafda nə varsa, bənzərsiz gözəlliyə malikdir.
Bu sözləri dünyanın nadir yaşayış məntəqələrindən biri sayılan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Quba rayonunun Xınalıq kəndini ziyarət etmiş fransalı turist Kventin Merell söyləyib.
Qonaq ölkəmizdə
olacağı iki həftə ərzində
ilk səfərini Xınalığa etdiyini bildirib. “Səfərə
hazırlaşarkən Xınalıq haqqında ətraflı
məlumat toplamışam. Buranın camaatı, ümumiyyətlə,
azərbaycanlılar çox qonaqpərvər
və istiqanlıdır. Məhz buna
görədir ki, hətta yerli
dili bilməsəm də, Xınalıq
sakinləri ilə rahat ünsiyyətdə
ola bildim”, - deyə
fransalı turist səyahət barədə
təəssüratlarını bölüşüb.
Mədəniyyət.- 2016.- 22 iyun.-
S.10.